adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Mart 2024 09:55
971
HADİSƏ

Sabirabadda maşın at arabası ilə toqquşdu - Xəsarət alanlar var

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib, avtomobilin at arabası ilə toqquşması nəticəsində xəsarət alanlar olub.

Adalet.az xəbər verir ki, hadisə rayonun Xəlfəli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan Sabirabad rayon sakinləri - Həsənov Səmid Fərhad oğlu və Mirzəyev Qonsur Maqsud oğlu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.