adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Sentyabr 2018 19:16
6334
HADİSƏ

Sabirabadda maşın piyadanı vurub öldürdü

Sabirabad rayonunun Cəngən kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Adalet.az-a verilən məlumata görə, sentyabrın 8-nə keçən gecə Sabirabad rayonunun Cəngən kəndi ərazisində Salyan rayon sakini Rövşən İsmayılov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Lamiyə Mərdanovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.