adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Iyun 2019 10:36
10614
HADİSƏ

Sabirabadda ağır yol qəzası - 1 nəfər öldü

Sabirabad rayonunun Qaratəpə kəndində "Daewoo” və "VAZ” markalı iki minik avtomobili toqquşub.

Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Daewoo” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.