Sabaha olan hava proqnozu
Sentyabrın 10-da gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq.
Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.
Digər Xəbərlər
19 Dekabr 2025 18:10
Dörd rayonda təbiətə 300 min manata yaxın ziyan vurulub
19 Dekabr 2025 17:55
Azərbaycanda ov mövsümü açılır - Sabahdan
19 Dekabr 2025 13:40
Elektron siqaretlərin reklamı qadağan edilir
19 Dekabr 2025 13:11
Dəbilqəsiz moped idarə edənlər cərimələnəcək
19 Dekabr 2025 13:06
Əkin yerinin yandırılmasına görə yeni cərimələr
19 Dekabr 2025 11:34
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
19 Dekabr 2025 11:10
“Elektron siqaretlər cəmiyyət üçün dərin problemə çevrilmişdi...”
19 Dekabr 2025 10:06


Bakı -°C

