Sabah hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a bildirilib ki, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.
Digər Xəbərlər
26 Sentyabr 2026 23:03
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
26 Sentyabr 2026 13:18
Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
26 Sentyabr 2026 12:42
Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
25 Sentyabr 2026 21:45


Bakı -°C

