adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 Iyul 2016 20:45
13136
MƏMLƏKƏT

Sabah 4 rayonda qaz olmayacaq

İyulun 27-də Hacıqabul, Ağdaş və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. SOCAR-dan verilən məlumata görə, sabah saat 10:00-dan 18:00-a qədər "Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "İsmayıllı”, "Kürdmaşı”, "İvanovka” və "Talıstan”, Ağdaş magistral qaz kəmərləri sahəsinin "Dəhnəxəlil”, Astara magistral qaz kəmərləri sahəsinin "Masallı”, ”Tüklə”, "Xarxatan” və "Avrora” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

 

Təmir müddətində Ağdaş rayonunun Dəhnə, Çüyə, Şəkili və Ərəbocağı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Masallı, Lənkəran və İsmayıllı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.