Saakaşvili pencəyini hökumətə göndərdi
Gürcüstanın eks-prezidentinin ailəsi Baş Prokurorluğun dövlət büdcəsi hesabına alındığını iddia etdiyi Saakaşviliyə məxsus pencəyi hökumətə göndərib. Kuryer bağlamanı səhər saatlarında hökumət administrasiyasına "Cənab İvanişvili, necə istifadə edəcəyinizi şəxsi seçiminizə buraxaraq bunu sizə qaytarıram” qeydi ilə buraxıb. Lakin qəbul şöbəsi bağlamanı qəbul etməkdən imtina edib və izah ediblər ki, onlar ancaq rəsmi yazışmaları qəbul edirlər. Bununla yanaşı, kuryer bağlamanı qəbul şöbəsində buraxaraq gedib. Xatırladaq ki, ötən həftə Gürcüstanın Baş Prokurorluğu Mixail Saakaşvilini dövlət büdcəsini mənimsəməkdə ittiham etmişdi. Siyahıda dövlət vəsaiti hesabına şəxsi məqsədlər üçün xərclədiyi, dəyəri 28, 6 min dollar olan Londondan alınan 7 pencək və idman paltosu, həmçinin 4,6 min dollarlıq 2 kostyum vardı. Saakaşvilinin ailəsinin göndərdiyi bağlamada kəşmir parçadan olan palto və yeddi pencək olub.
Digər Xəbərlər
04 May 2024 21:30
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 10:00Estoniya parlamentində qalmaqal: Deputat cinsi təcavüzdə ittiham olunur
04 May 2024 09:19Borreldən etiraf: “ABŞ hegemon statusunu itirib”
04 May 2024 09:10Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi
03 May 2024 22:37