adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Aprel 2019 14:56
15859
DÜNYA

SAAKAŞVİLİ PASPORTUNU GERİ TƏLƏB EDİR

Gürcüstanın keçmişprezidenti, Odessa vilayətinin eks qubernatoru Mixail Saakaşvili tələb edib ki,Ukrayna prezidenti Pyotr Poroşenko prezident seçkilərinin ikinci turunadək onun vətəndaşlığını bərpa etsinvə pasportunu geri qaytarsın.

«Pyotr Alekseyeviç,siz deyirsiniz ki, artıq dəyişmisiniz və qanunlarla işləmək istəyirsiniz. Ona görə də sizə çox sadə bir test təklif edirəm. Təxminən ikiil əvvəl mənim ölkədə olmamağımdan istifadə edərək qanunlara zidd olaraq vətəndaşlıqdan məhrum etmisiniz. Ona görə də qanunların aliliyinibərpa etmək üçün mənim Ukrayna pasportumu geri qaytarın və mənim Ukraynaya gəlməyimlə bağlıqadağanı ləğv edin».

Saakaşvilidaha sonra video müraciətini əlavə edərək bildirib ki, Poroşenkoya prezident seçkilərininikinci turunun keçirilməsinə kifayət qədər zaman qaldığı üçün 24 saat vaxt verməyib.

Xatırladırıqki, 2017-ci ilin iyul ayının axırlarında Ukrayna prezidenti Poroşenko Mixail SaakaşviliniUkrayna vətəndaşlığından məhrum edib. Saakaşvilininbununla bağlı Ukrayna məhkəmələrinə etdiyi şikayət ərizəsi bu günədək baxılmamış qalır.

MEHRİBAN