adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Avqust 2017 22:38
19497
SİYASƏT

Saakaşvili böyük qayıdışın tarixini açıqladı

Sentyabr ayının 10-da Ukraynaya qayıdacağam.

Bu sözləri Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin qubernatoru olmuş Mixail Saakaşvili Feysbukda səhifəsində canlı yayım zamanı deyib.

O, Ukraynaya Polşadan, "Krakoveç” sərhəd-keçid məntəqəsindən daxil olacağını bildirib:

"Mənimlə bağlı hər şey yaxşıdır. Mənə bir neçə Avropa ölkəsinin vətəndaşı olmağımla bağlı təkliflər oldu. İş təklifləri olsa da, mənə görə deyildi. Mən Ukraynanı oliqarxlardan təmizləmək üçün ukraynalılar qarşısında məsuliyyət daşıyıram”.

Saakaşvili onu əlavə edib ki, ölkəyə qayıdan kimi vətəndaşlıq hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət edəcək.

Qeyd edək ki, Saakaşvili iyulun 26-da prezident P.Poroşenkonun qərarı ilə Ukrayna vətəndaşlığından məhrum edilib.(axar.az)