“Ankara ehtiyatlı mövqedədir...” – Politoloq
“Husilər Səudiyyə Ərəbistanında mülki infrastrukturu hədəf alan hava hücumlarını əhəmiyyətli dərəcədə artırıblar. 10-11 oktyabr tarixləri arasında Ər-Riyadın beynəlxalq hava limanına ardıcıl iki hücum baş verib, 12 nəfər ölüb, 300 nəfər yaralanıb.Bu arada, Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla avqust ayında imzaladığı Məkkə Sazişindən gözləntisi artıb. Səudiyyə Ərəbistanının hava müdafiə sistemlərinə ehtiyacı var. Ər-Riyadın bir başqa gözləntisi ABŞ-nin Səudiyyə Ərəbistanına və Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə hərbi yardımı genişləndirməsidir. Bu istiqamətdə də irəliləyiş yoxdur”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Vaşinqton Səudiyyə Ərəbistanına hərbi dəstək əvəzinə Məkkə Sazişinin işə düşməsində maraqlıdır:
“Ankara ehtiyatlı mövqedədir. Türkiyənin modern pilotsuz təyyarələri, elektron müharibə təcrübəsi var, ancaq bu ölkənin təhlükəsizlik prioritetləri Suriya və İraqdan Şərqi Aralıq dənizinə qədər uzanıb. Pakistan Səudiyyə Ərəbistanına hərbçilərini və qırıcı təyyarələrini göndərsə də, husilərə qarşı savaşda iştirak etmək istəmir. Pakistan rəsmiləri Qərb mediasının Yəmənin hökumət tərəfindən idarə olunan ərazilərində qoşunlarının olması barədə xəbərlərini inkar ediblər. Pakistanın daxilindəki problemlər, İran və Hindistanla sərhəddə davamlı gərginlik İslamabadın Səudiyyə Ərəbistanına davamlı hərbi dəstək ehtimalının yüksək olmadığını göstərir. Səudiyyə Ərəbistanı qlobal enerji bazarlarında əvəzolunmaz oyunçu olaraq qalır. İranın Hörmüz boğazını nəzarətdə saxlamaq istəyi və neftin bu bölgədən nəqli imkanlarının azalması neftin Səudiyyə Ərəbistanı ərazisindəki neft kəməri üzərindən Qırmızı dənizə çıxışı vacib alternativə çevrilib. Bu boru kəmərinin ötürmə qabiliyyəti oktyabrın əvvəlində gündə təxminən 5,8 milyon barelə çatıb. Müqayisə üçün Hörmüz boğazı üzərindən gündə daşınan neftin həcmi bundan azdır. Ancaq husilər Səudiyyə Ərəbistanından keçən boru xəttini də hədəf alıblar. Sentyabrın sonlarında dronların hücumları boru kəmərinin müvəqqəti bağlanmasına səbəb olub”.
O, bildirib ki, husilər Səudiyyə Ərəbistanının enerji obyektlərinə də hücumlarını davam etdirirlər:
“Vaşinqtonun husilərlə mübarizədə Ər-Riyada hərbi dəstək verməməsi ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının İbrahim Sazişinə qoşulması ehtimalını azaldıb. Digər tərəfdən iyul ayında imzalanmış və avqust ayında Konqresin nəzərdən keçirilməsi üçün təqdim edilmiş ABŞ-Səudiyyə Ərəbistanı mülki nüvə əməkdaşlığı müqaviləsinin reallaşması sual altındadır. Husilərin Səudiyyə Ərəbistanına hücumları bu ölkədə gələcək nüvə mərkəzlərinin təhlükəsizliyi üçün təhdiddir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
21 Oktyabr 2026 10:54
“Son 12 ayda 112 ölkədə 3 milyon 200 mindən çox etiraz aksiyası qeydə alınıb...”
21 Oktyabr 2026 10:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü
21 Oktyabr 2026 09:33
“ABŞ Zelenskini hakimiyyətdən uzaqlaşdırmağa çalışır”
21 Oktyabr 2026 07:42
BMT-də Azərbaycanın multikultural cəmiyyət modelindən bəhs olunub
20 Oktyabr 2026 21:43
Sahibə Qafarova Bişkekdə parlamentlərarası əməkdaşlığın önəmindən danışdı
20 Oktyabr 2026 21:08
Türkiyə PA: Türkiyə bayrağının Azərbaycanda endirilməsinə cəhd iddiaları dezinformasiyadır
20 Oktyabr 2026 18:42
Fransaya səfərlə bağlı - XİN-dən xəbərdarlıq
20 Oktyabr 2026 18:13


Bakı -°C

