“ABŞ İran rejimini dəyişdirmək istəyir” – Politoloq
“Bu iddia ilə İran prezidenti M.Pezeşkian çıxış edib. O deyib ki, ABŞ ilə danışıqlar aparmağın mənası yoxdur. Əslində neçə müddətdir ki, ABŞ-İran cəbhəsində sakitliyin olması yaxşıdır, çünki raketlər və dronlar uçmur, mərmilər partlamır, insanlar ölmür, amma diplomatik cəbhədə vəziyyət çox gərgindir. Çünki danışıqların predmeti olan (nüvə təkmilləşməsi, ballistik raket, körfəzə nəzarət və s.) məsələlərin heç birində mövqe yaxınlığı yoxdur”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib.
“ABŞ prezidenti D.Tramp isə hər addımda İranı hədələməklə məşğuldur. M.Pezeşkian da bunu vurğulayaraq deyir ki, hər dəfə danışıqlar masasına oturduğumuzda, ABŞ dərhal bizi müharibə ilə təhdid edir. Ona görə də M.Pezeşkian qeyd edib ki, İranı hücum və sanksiyalarla təhdid edən Vaşinqtonla danışıqlar aparmaq mənasızdır: “ABŞ indiyə qədər danışıqlar zamanı üç dəfə İrana hücum edib. Məqsədləri İran İslam Respublikasının quruluşunu devirməkdir”-İran prezidenti deyib. Qeyd edək ki, İrandakı mövcud rejimi dəyişmək planını müharibə başlayanda İsrail açıq şəkildə bəyan edirdi. İndi isə ABŞ bu niyyətini gizləmir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
07 Oktyabr 2026 11:57
"Bu qanun layihəsinin adını "Əkindən bazara qədər" qoymalı idik" - Deputat
07 Oktyabr 2026 11:44
“Əslində hicab ilə Türkün yaxından uzaqdan əlaqəsi yoxdur”
07 Oktyabr 2026 11:31
“Dövlətçilik ənənələrinin davamlılığı və Azərbaycanın yeni inkişaf mərhələsi”
07 Oktyabr 2026 11:15


Bakı -°C

