adalet.az header logo
  • Bakı -°C
07 Oktyabr 2026 11:50
79
ŞOU-BİZNES
A- A+

Aşıq Zülfiyyə: “Adi zarafata görə pis sözlər yazırlar”

Aşıq Zülfiyyə sosial şəbəkədən istifadə edən sənət adamı kimi izləyicilərinə səslənib.

Adalet.az xəbər verir, sənətçi  izləyicilərinə postlara şərh yazan zaman diqqətli olmağı  tövsiyyə edib:

“Mən çox həssas insanam. Adam var ki, vecsizdir. Heç nə ona təsir etmir. Mən isə sosial şəbəkədə haqqımda yazılan bir  sözü, bir cümləni  günlərlə beynimdə saxlayıram,  o haqda düşünürəm. Yəni xırda bir zarafata görə bəzən elə tənqid edirlər ki, insan donub yerində qalır. Adi zarafata görə pis sözlər yazırlar. Fikirləşirəm ki, axı mən bunu zarafatla dedim, pis niyyətim yox idi.  Qəribədir, son zamanlar insanlar daha çox aqressivləşib. Heç kəsi xoşbəxt, sevincli görmək istəmirlər.  Əgər insan zarafat zamanı həddini aşmırsa, mədəni şəkildə insanları güldürürsə, bunun nəyi pisdir axı? Onunsuzda günümüzdə neqativ hadisələr çoxdur. Pozitiv hadisələrə köklənmək gözəldir”.

Əntiqə