Paşinyan onları neytrallaşdırmaqla yolunu açmaq niyyətindədir – Politoloq
“Baş nazir Nikol Paşinyanın təlimatıyla radikal müxalifət liderlərinin korrupsiya əməllərinə görə həbslərinin və kilsə rəhbərinin neytrallaşdırması çalışmasının arxasındakı səbəblərindən biri və bəlkə də başlıcası Konstitusiya dəyişikliyi ilə bağlıdır. Ermənistan hökumətinin ölkənin 2026–2031-ci illər üzrə inkişaf proqramında Azərbaycan və Türkiyə ilə münasibətlərə dair əsas siyasət istiqamətlər yer alıb”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Proqrama əsasən, Ermənistan hakimiyyəti Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və ratifikasiyası istiqamətində işləri davam etdirmək niyyətindədir. Sənəddə Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi planlarından da bəhs olunur. Sənəd layihəsinin ictimai müzakirəyə çıxarılması, daha sonra isə referendumun keçirilməsi nəzərdə tutulur. Bunun üçün Paşinyan yeni Konstitusiya layihəsinin qəbuluna əngəl olacaq fiqurları neytrallaşdırmaqla referendumun yolunu açmaq məcburiyyətindədir. Bununla Rusiyanın Ermənistanda xaos yaratmaq imkanları minimuma endiriləcək. Paşinyanın bu strategiyası doğrudur, bölgədə sülhə və sabitliyə mane olacaq əngəllər ortadan qaldırılmalıdır”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
28 Avqust 2026 11:05
“Bu sərtləşmənin Azərbaycan üçün ciddi neqativ nəticələrə gətirib çıxaracağını güman etmirəm”
27 Avqust 2026 16:31
Rusiyada Azərbaycan əleyhinə təxribat - Nazirliyin cavabı gecikmədi
27 Avqust 2026 15:40
İlham Əliyev “Sabah” klubuna 5 milyon manat ayırdı
27 Avqust 2026 13:58
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi
27 Avqust 2026 11:55
“İsrail Suriyada Türkiyənin hərbi baza yerləşdirməsinin əleyhinədir”
27 Avqust 2026 11:41
İlham Əliyev Maya Sandunu təbrik etdi
27 Avqust 2026 10:34
Rusiya Qərbə qarşı yeni cəbhə aça bilər - Politoloq
27 Avqust 2026 09:59


Bakı -°C

