adalet.az header logo
  • Bakı -°C
26 Avqust 2026 10:42
66
ANALİZ
A- A+

26 Avqust - Laçın şəhəri günü

Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərininişğaldan azad edilməsindən dörd il ötür. 2022-ci ilavqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütünAzərbaycan xalqını sevindirdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux vəSus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları vəAzərbaycan xalqını bu münasibətlə təbrik edirəm.

Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonununmərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kəndyaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusualıb. 

Xatırladaq ki, Laçın rayonu (1 şəhər, 1 qəsəbə və 125 kəndi) 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğaledilmişdir. Həmin dövrdə respublikamızın daxilindəictimai-siyasi böhran, anarxiya hökm sürürdü. Müəyyənqüvvələr hakimiyyət uğrunda mübarizə aparırdı və buprosesdə Azərbaycan Xalq Cəbhəsi əsas rol oynayırdı. Belə bir şəraitdə torpaqlarımızın düşməndən qorunmasıhəmin qüvvələri düşündürmürdü. Onlar üçün əsasməqsəd hakimiyyətə gəlmək idi. Beləliklə, 1992-ci ilmayında AXC-Müsavat cütlüyü qanunsuz hakimiyyətəgəldikdən sonra mayın 18-də Laçın rayonu Ermənistantərəfindən işğal olundu. Bir sözlə, Laçın AXC-Müsavatcütlüyünün hakimiyyətə gəlmək üçün apardığımübarizənin qurbanı oldu. Onu da qeyd etmək yerinədüşər ki, Laçının işğal edilməsi ilə ölkəmiz üçün yenifaciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki Laçınrayonu böyük strateji əhəmiyyət kəsb edirdi. Belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhzburadan keçirdi. Laçının işğalından sonra Ermənistanüçün bu yol açılmışdır. 

İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruzqalaraq, 300-dən artıq hərbi və mülki şəxs həlak olub vəitkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarəvə müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 ortatexniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlıistehsal müəssisələri işğalçılar tərəfindən talan və məhvedilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidəvandalizmə məruz qalmışdır.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları iləüzərinə düşən öhdəliklərini də kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonuntəbii resurslarının talan edilməsi və qazanc mənbəyinəçevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlarolmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuniəməllərlə məşğul olub. Belə əməllər bütün beynəlxalqkonvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bucinayət dünya ictimaiyyətinin gözü qarşısında başvermişdir.

2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlükmüharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illikişğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatikməharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlıZəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağaməcbur etdi. 2020-ci il dekabrın 1-də Laçın rayonuErmənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan vəTürklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindənişğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isəLaçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsini Azərbaycanın hərbi vədiplomatik qələbəsidir.

Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalanLaçın özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azadolunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdəsaxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçədəfə səfər edib. 

Bəli, Laçında həyata keçirilən genişmiqyaslı quruculuqişləri yüksək zövq və keyfiyyətlə aparılır. Laçın şəhərindəistehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi də diqqət mərkəzindəsaxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixiənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə buradaekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qidasənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmətsahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərindəyaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada həm iri, həm dəkiçik mebel fabrikləri, yüngül materiallardan ev və digərkonstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmizemal müəssisələri, xırdabuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq.

2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 614 ailənin, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.

Bütün azad edilmiş ərazilərimiz kimi, ölkəmizin dilbər bölgələrindən biri olan, əsrarəngiz təbiət mənzərələri, gözəlliyi ilə seçilən, doğma sakinlərinə qovuşaraq azad günlərini yaşayan Laçın da genişmiqyaslı bərpa-quruculuq işlərinin məkanına çevrilib. Ardıcıl şəkildə aparılan bu işlərnəticəsində Laçın yeni inkişaf dövrünü yaşayır və gündən-günə daha da gözəlləşir.

 

Aybəniz Əliyeva, Binəqədi RİH yanında İctimai Şuranınüzvü