“Ermənilər Albaniyaya, İran Səfəvilərə sahib çıxmağa çalışır...”
“Səfəvilər Azərbaycan dövlətidir. Səfəvilər tarixi Azərbaycan imperiyasıdır. Məhz Səfəvilər dövründə bütöv Azərbaycan oldu. Həmçinin xalq olaraq tarixdə imperiya yaratdıq. Şah İsmayılın Bakıda abidəsini cənab prezident İlham Əliyev yenidən bərpa etdirdi. Şah İsmayıl Xətai adına hərbi orden və Bakıda inzibati rayon var. Səfəvilərlə Azərbaycan dövlətçiliyi inkişaf etdi və Azərbaycan xalqının təşəkkülü və inkişafı ən yüksək mərhələyə qalxdı”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, Səfəviləri məzhəbə görə İrana bağlamaq Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və tarixinə qarşı gəlməkdir:
“Səfəvilər imperiyası qədim Azərbaycan şəhəri olan Təbrizdə yaranıb. Azərbaycan şəhəri olan Ərdəbildə təşəkkül tapıb. Bu gün Ermənistan, İran Azərbaycanın tarixini olmadığını deyillər. Ermənilər Albaniyaya, İran Səfəvilərə sahib çıxmağa çalışır. Halbuki qədim Albaniyada, Səfəvilərdə Azərbaycan ərazisində yaranıb. Şah İsmayılla başlayaraq zəngin elmi və mədəni mühit formalaşdı. Səfəvilərə qədər Şirvanşahlar dövləti olub. Şirvanşahlar dövlətində ərəb və fars sülalələri hakimiyyətdə olub. Onda deyək ki, Şirvanşahlar ərəb və farsa aiddir?! Səfəvilər imperiyasında hakimiyyətdə isə, yalnız Azərbaycan türkləri olub. Səfəvilər Azərbaycan tarixidi və biz tariximizə sahib çıxmalıyıq. Səfəvilər orta əsrlərdə olub, 21 -ci əsr insanı orta əsrlər kimi düşünə bilməz. Biz Səfəvilərə tariximiz olaraq yanaşırıq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
04 Avqust 2026 11:29
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib
04 Avqust 2026 10:45
“Rusiyanın bu tələbi Paşinyan hakimiyyətinə mənasız təzyiq xarakteri daşıyır”
03 Avqust 2026 19:15
Müdafiə naziri hərbi attaşelərlə görüşdü - FOTO
03 Avqust 2026 19:11
Ceyhun Bayramov yeni səfirlə görüşdü
03 Avqust 2026 16:27
XİN: Ermənistanın mina terroru nəticəsində 433 azərbaycanlı qurban olub
03 Avqust 2026 13:53
Prezident Fələstin Səfirliyinə maliyyə yardımını nəzərdə tutan Protokolu təsdiqlədi
03 Avqust 2026 12:43
Rəsmi Bakı Pakistana başsağlığı verdi
03 Avqust 2026 12:08


Bakı -°C

