Orbanın qardaşı insan qaçaqçılığına görə tutuldu - Madyarı qisasda ittiham etdi
Macarıstanda keçmiş Baş nazir Viktor Orbanın qardaşı Aron Orban insan qaçaqçılığı və nüfuz alveri şübhəsi ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Adalet.az-ın “Euronews”a istinadən xəbərinə görə, qərar ölkənin yeni Baş naziri Peter Madyarın korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı başlatdığı genişmiqyaslı hesabatlılıq təşəbbüsü çərçivəsində verilib.
İstintaq materiallarına əsasən, Aron Orbanın rəhbərlik etdiyi şirkət Vyetnam vətəndaşlarını Peç Universitetində qısamüddətli kurslara qeydiyyata aldırmaq adı ilə onların Macarıstana və dolayısı ilə Şengen zonasına giriş vizası almasını asanlaşdırıb. Şübhəli şəxsin bürokratik prosedurları sürətləndirmək məqsədilə hökumətdəki yüksəkrütbəli rəsmilərlə, o cümlədən baş nazirin müvəkkillərindən biri olan David Heylə əlaqələrindən istifadə etdiyi bildirilir.
Milli İstintaq Bürosu və Milli Aktivlərin Bərpası və Mühafizəsi İdarəsi Budapeşt və Peşt qraflığında bir neçə ünvanda eyni vaxtda reydlər və həbslər keçirib. İdarənin rəhbəri Anna Unger istintaq çərçivəsində yeni əməliyyat tədbirlərinin həyata keçirildiyini təsdiqləyib.
16 illik hakimiyyətdən sonra aprel seçkilərində məğlub olan keçmiş Baş nazir Viktor Orban baş verənlərə kəskin reaksiya verərək saxlanılmanı siyasi hesablaşma adlandırıb.
O, yeni hökuməti siyasi rəqiblərini aradan qaldırmaqda və birpartiyalı sistem qurmaqda ittiham edib: “Hesablaşma diqqəti başqa tərəfə yönəltmək üçün bir vasitədir. Bu çirkli oyunun məqsədi siyasi rəqibi aradan qaldırmaq və birpartiyalı sistem qurmaqdır. Hədəf mənəm, qardaşım isə sadəcə bir vasitədir. Hökumət üçün əlverişsiz bir məsələ ortaya çıxan kimi, keçmiş kommunist dövrünün məxfi polisi kimi fəaliyyət göstərən strukturlar işə düşür. Macarıstanda baş verənlər hesabatlılıq deyil, siyasi qisasdır”.
Qeyd edək ki, Peter Madyarın hakimiyyətə gəlişindən sonra Orban administrasiyasının bir neçə keçmiş yüksəkrütbəli rəsmisi, o cümlədən Mərkəzi Bankın keçmiş sədri Dyörd Matolçi haqqında da cinayət işi açılıb və onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
09 Noyabr 2026 21:12
İran İbrahim Kalının bəyanatını təkzib etdi
09 Noyabr 2026 20:44
İzmirdə zavoddakı partlayışda ölənlərin sayı artdı - YENİLƏNİB
09 Noyabr 2026 20:41
Ermənistanda rus hərbçilər ukraynalını döydüklərinə görə həbs olundular
09 Noyabr 2026 20:25
Podolyakın Rusiya tərəfində döyüşən qardaşı öldü
09 Noyabr 2026 20:10
Almaniyada ilk dəfə qadın prezident seçilə bilər
09 Noyabr 2026 19:54
Zelenski Modi ilə Qara dənizdə taxıl dəhlizinin açılmasını müzakirə edib
09 Noyabr 2026 19:00
Bütün dünyanın danışdığı xəyanətdən sonra “Nvidia”nın səhmləri ucuzlaşdı
09 Noyabr 2026 18:51


Bakı -°C

