adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Avqust 2014 11:55
3458
SİYASƏT

Rusiyaya qarşı güc tətbiq oluna bilər

NATO-nun sentyabrın 4-5-də keçiriləcək Kardifsammitində Rusiya ilə bağlı ciddi qərarlar qəbul ediləcək. Bu barədə politoloqQabil Hüseynli yerli KİV-ə müsahibəsində bildirib. Onun sözlərinə görə sammitdə Rusiyayagüc tətbiqinin də gündəmdə olacağı istisna olunmur: "Rusiyaya güc tətbiqibarədə qərarlar qəbul edilə bilər. Belə olan halda Rusiyanın imkanlarınışişirtməyə dəyməz. İqtisadi böhran Rusiyanı daxildən parçalamağa başlayıb.Üstəlik, Rusiya öz potensialına görə elə də güclü dövlət deyil. Rusiya Ukraynasərhədinə maksimum 30-40 minlik qoşun yığa bilər. Bunu dəf etmək üçünUkraynanın özünün hərbi imkanları var. Hesab edirəm ki, NATO da bundan sonraUkraynaya ən müasir hərbi texnikalarla kömək edəcək”.

Politoloq qeyd edib ki, Ukrayna məsələsi VladimirPutinin hakimiyyətdən kənarlaşdırılması ilə paralel şəkildə həll olunacaq.Q.Hüseynli hesab edir ki, Rusiya hakimiyyətinin və dövlət siyasətinindəyişilməsi üçün Qərb planlar hazırlayır. Artıq dünyada 70-ə yaxın ölkəninRusiyaya qarşı sanksiyalara qoşulacağı gözlənilir: "Putin bütün bu həmlələrqarşısında davam gətirə bilməyəcək. Ukrayna əhalisi özü də ciddi surətdəpartizan müharibəsinə hazırlaşır. Partizan müharibəsinin planını isə ABŞhazırlayır”.

Qeyd edək ki, Rusiya hərbi texnikalarını Ukraynanınşərq regionlarına yeridib. Ukrayna prezidenti Pyotr Poroşenko isə bunuRusiyanın Ukraynaya hərbi müdaxiləsi kimi dəyərləndirib.