Rusiyaya güzəşt etmək olmaz, əksinə ona qarşı... - Makron
Ukraynada sülh əldə olunacağı təqdirdə Avropa Rusiya ilə birgəyaşayış qaydalarını müəyyən etməli olacaq.
Adalet.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, Ukraynanı təcavüzkar ölkənin şərtləri ilə sülh sazişi imzalamağa məcbur etmək strateji səhv olar.
Makron xatırladıb ki, sülh danışıqları fonunda Rusiya mülki əhalini öldürməyə və Ukraynanın strateji və kritik əhəmiyyətli infrastrukturuna zərbələr endirməyə davam edir:
“Rusiyanın tələblərinə güzəşt etmək olmaz, əksinə, ona qarşı göstərdiyimiz təzyiqi artırmalıyıq”.


Bakı -°C

