Rusiyadan elektrik enerjisi idxalı artıb
2025-ci ildə Azərbaycandan Rusiyaya 98,326 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Adalet.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 4,038 milyon ABŞ dolları olub.
Rusiyaya elektrik enerjisi ixracı 2024-cü ildəki göstərici ilə müqayisədə həcm ifadəsində 60,2 milyon kVt/saat və ya 1,6 dəfə, dəyər ifadəsi ilə 4,051 milyon ABŞ dolları, yaxud 2 dəfə azalıb.
Eyni zamanda, 2025-ci ildə Rusiyadan Azərbaycana 3,339 milyon ABŞ dolları dəyərində, 93,085 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 726 min ABŞ dolları və ya 1,3 dəfə, həcm ifadəsində isə 6,3 milyon kVt/saat və ya 7,3% çoxdur.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 70,084 milyon ABŞ dolları dəyərində 1,230 milyard kVt/saat elektrik enerjisi ixrac edilib.
Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 7,579 milyon ABŞ dolları dəyərində 177,7 milyon kVt/saat elektrik enerjisi idxal edib.
Digər Xəbərlər
17 Fevral 2026 12:53
“AzerGold” QSC rəqəmsal transformasiya üzrə yeni mərhələyə başlayıb
17 Fevral 2026 10:50
Qızıl 141 dollardan çox ucuzlaşdı
16 Fevral 2026 15:44
Azərbaycanda vergi ödəyicilərinin sayı açıqlandı
16 Fevral 2026 13:21


Bakı -°C

