Ötən il aktivlər və kredit portfelləri üzrə təmərküzləşmə azalıb
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin eyni dövründə aktivlər, depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur.
Adalet.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) isitnadən xəbər verir.
Bildirilib ki, beynəlxalq təcrübədə də geniş istifadə olunan HHİ (Herfindal-Hirşman indeks) indeksinə əsasən 2025-ci ilin sonuna kredit portfeli üzrə təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 27 vahid azalaraq 1180 təşkil edib.
“Depozit portfeli üzrə təmərküzləşmə indeksi isə ötən ilin sonu ilə müqayisədə 147 vahid azalaraq 1506 təşkil etmişdir. Aktivlər üzrə HHI indeksi göstəricisi 114 vahid azalaraq 1360 təşkil etmişdir. Beləliklə, bank sistemində aktivlər və kredit portfelinə əsasən aşağı səviyyədə təmərküzləşmə, depozit portfelinə əsasən isə bank sektoru orta təmərküzləşmə sərhədindədir. Bank sektoru üzrə təmərküzləşmə Mərkəzi Bank tərəfindən daim diqqətdə saxlanılır”, - məlumatda qeyd edilib.
Digər Xəbərlər
13 Aprel 2026 12:44
"Palatanın hesabatında performans auditlərinin əhatə və sayı zəifdir" - Deputat
13 Aprel 2026 12:29
"Bir müddətdən sonra orda olan yeyintilər 100 milyona çatır" - Deputat
13 Aprel 2026 12:13
"Proseslərin elektronlaşması problemi tam həll etmir" - Vüqar Gülməmmədov
13 Aprel 2026 11:33


Bakı -°C

