adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Noyabr 2019 15:50
11311
GÜNDƏM

Rusiyada məşhur bakılıya heykəl qoyuldu

Rusiyanın Vladivostok şəhərində sovet kəşfiyyatçısı, bakılı Rixard Zorgenin heykəli ucaldılıb.

Trend-in məlumatına görə, açılış mərasimi "Vladivostokun 100 illiyi" prospektində əfsanəvi kəşfiyyatçının adını daşıyan parkda baş tutub.

Qeyd olunub ki, həmin bölgədə R.Zorge öz əməkdaşları ilə birgə Yaponiyadan kəşfiyyat məlumatları əldə edib.

Heykəlin təməl daşı 2012-ci il noyabrın 7-də qoyulmuşdu.