adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Noyabr 2017 16:15
16933
DÜNYA

Rusiyada hərbi poliqonda partlayış: 2 ölü, 4 yaralı

Rusiyada hərbi poliqonda partlayış olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə Zabaykalye vilayətində yerləşən Tsuqol poliqonunda qeydə alınıb. Belə ki, hədəf sahələrinin partlamamış sursatlardan təmizlənməsi zamanı döyüş sursatı partlayıb. Nəticədə bir zabit və müqavilə əsasında xidmət edən əsgər ölüb.

Daha 4 əsgər xəsarət alıb. Xəsarət alanlar dərhal xəstəxanalara yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, xəsarət alan əsgərlərin həyatı üçün təhlükə yoxdur.(azvision.az)