Rusiyada helikopter qəzası 15 can aldı
Rusiyanın Krasnoyarsk diyarı ərazisində "Mi-8" helikopterinin qəzaya uğraması nəticəsində 15 nəfər ölüb.
Adalet.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Qərbi-Sibir Nəqliyyat Prokurorluğunun nümayəndəsi Oksana Qorbunova deyib. "Turuxan" aviaşirkətinə məxsus helikopter İqarka şəhərinin 10 kilometrliyində yerə düşüb. Helikopterdə ümumilikdə 25 nəfər olduğu açıqlanıb. Xəsarət alan 10 nəfər xəstəxanaya çatdırılıb.