adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Mart 2017 13:24
5563
DÜNYA

RUSİYADA ETİRAZ MİTİNQLƏRİ KEÇİRİLİR - FOTO

Korrupsiyaya qarşı mitinqlərRusiyanın bütün bölgələrində keçirilir. AlekseyNavalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunun saytında dərc etdirdiyi baş nazirDmitri Medvedevin gizli aktivləri barədə açıqlamaları ölkədə kütləvi etiraz mitinqlərininkeçirilməsinə səbəb olub.

Aleksey Navalnının sözlərinəgörə, kütləvi etiraz aksiyaları Rusiyanın 99 şəhərində keçirilib və bu mitinqlərdəon minlərlə vətəndaş iştirak edib.

«OVD-info»nun məlumatınagörə, etiraz mitinqləri zamanı təkcə Moskva şəhərində polislər tərəfindən 1030 nəfər adam saxlanılıb. Tutulanların əksəriyyəti «kütləvitədbirlər zamanı qaydaların pozulması» maddəsi ilə 20 min rubl cərimə olunaraq sərbəstburaxılıb. Rusiya Federasiyasının CM-nin 317-ci maddəsi ilə qaldırılan cinayət işiüzrə 22 müstəntiq tərəfindən polis işçilərinəxəsarət yetirilməsi faktı ilə bağlıdindirmələr həyata keçirilir.

Maraqlıdır ki, Rusiya telekanallarının heç biri ölkədə baş verən etiraz mitinqləri barədəheç bir məlumat yaymayıblar.

Mehriban