adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 Avqust 2016 12:12
9696
ƏDƏBİYYAT

Rusiyada erməni əsilli yazıçıya vaxtından qabaq heykəl qoyulacaq

Rusiyadaməşhur yazıçı Sergey Dovlatova vaxtından əvvəl heykəl qoyulacaq. Belə ki, ölkəqanunlarına görə, tanınmış şəxslərə yalnız ölümündən 30 il sonra heykəl qoyulabilər. S.Dovlatovun ölümündən isə 26 il keçir. Yəni oxucular sevimliyazıçılarının daş xatirəsini görmək üçün daha 4 il səbr edə bilməyiblər. Odurki, hazırda abidənin qoyulmasının tezləşdirilməsi üçün imza toplanır.Təşəbbüskarlar heykəlin Sankt-Peterburq şəhərinin Rubenşteyn küçəsindəqoyulmasını istəyirlər. Yazıçı həmin küçədə yaşayıb-yaradıb. Hətta heykəlinmaketi də hazırdır. Onu, yazıçının evinin düz qarşısındakı meydançada qoymaqistəyirlər.

Qeydedək ki, sentyabrın 3-də Dovlatovun 75 illiyi qeyd olunacaq. 1941-ci ildəBaşqırdıstanın Ufa şəhərində doğulmuş Sergeyin atası yəhudi, anası ermənidir.Dovlatov soyadı onun anasına aiddir. 1978-ci ildən sovet rejiminə qarşı çıxdığıüçün Amerikaya mühacirət edib. 1990-cı ildə Nyu-Yorkda ürək çatışmazlığındanvəfat edib. "Görünməz kitab”, "Tənhaların marşı”, "Yer altında solo”, "Bizimkilər”,"Əcnəbi”, "Təsəvvür” və başqa kitabların müəllifidir.