Rusiyada daha bir azərbaycanlı saxlanıldı - VİDEO

Rusiyanın FTX əməkdaşları Stavropolda Azərbaycan vətəndaşını saxlayıb.
Adalet.az xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Azərbaycan vətəndaşı Ukrayna terror təşkilatı adından terror aktları hazırlamaqda şübhəli bilinir.
Qeyd olunub ki, əcnəbi Yessentuki və Stavropolda inzibati binalar və nəqliyyat infrastrukturu obyektlərində ətraflı kəşfiyyat aparıb.
Bundan əlavə, saxlanılan şəxsin əldəqayırma partlayıcı qurğuların hazırlanması üçün komponentlər aldığı və sonradan istifadə üçün gizləndiyi yerə qoyduğu bildirilir. Baxış zamanı həmin şəxsin üzərindən rabitə vasitələri, partlayıcı qurğular üçün komponentlər və onun qanunsuz fəaliyyətini göstərən digər sübutlar aşkar edilib.
Şübhəli şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30 və 205-ci (terror aktına hazırlıq) maddələri ilə cinayət işi açılıb./Unikal
Digər Xəbərlər

Yeni nazir sərt qanunlar gətirir

İsrail Prezidenti Londonda Böyük Britaniya rəsmiləri ilə görüşəcək

Bütün qanunsuz hərəkətlərə sərt cavab veriləcək - Tbilisi meri

Sərhədlərin açılması üçün Türkiyə tərəfi ilə görüşəcəklər

Melaniya Tramp Kiyevdə birinci xanımların sammitində iştirak etməyəcək

Simonyana xərçəng diaqnozu qoyuldu

İsrail XİN Qəzzada atəşkəs təklifini qəbul etdiklərini bəyan edib
