Rusiya XİN Qarabağa görə Paşinyanı ittiham edir
Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair bəyanatları qeyri-konstruktivdir.
Bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) İnformasiya və Nəşr Departamentinin direktor müavini Artyom Kojin Trend-in sualını cavablandırarkən deyib.
A.Kojin bildirib: "Bu məsələ ilə bağlı əsasən ATƏT tərəfindən qoyulan müvafiq relslərə uyğun gəlməyən hay-küylü bəyanatlar qeyri-konstruktivdir”.
Virtualaz.org xatırladır ki, son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi üzrə bir neçə fitnəkar bəyanatı ilə fərqlənib. Məsələn, bəyanatlarından birində o, Qarabağ separatçılarını danışıqlar masası arxasına qaytarmağı tələb edir və Bakını danışıqların davamı üçün "DQR"i tanımağa çağırırdı.(azvision.az)
Digər Xəbərlər
04 May 2024 22:54
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47