adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Fevral 2017 12:40
6465
SİYASƏT

Rusiya XİN Azərbaycanla bağlı məlumat yayacaq

Rusiya Xarici İşlər Nazirliyi Rusiya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü ilə əlaqədar məlumat yayacaq.

Bunu Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

Qurum rəsmisi qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi bu tarixə böyük önəm verir. "Bununla bağlı yaxın vaxtlarda Rusiya XİN-in saytında iki ölkə arasındakı münasibətlərə dair geniş məlumat yerləşdiriləcək”.