Rusiya xarici hərbi qüvvələrin Suriyadan çıxarılmasını tələb edir
Rusiya təcili olaraq Suriya ərazisindən bütün xarici ölkələrin hərbi qüvvələrinin çıxarılmasını tələb edir. Bu barədə bəyan edən Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin rəhbərinin müavini Dmitri Polyanski qeyd edib ki, həmin hərbi birləşmələr Suriya ərazisinə qanunsuz olaraq daxil olublar.
"Tələb edirik ki, Suriya ərazisində qanunsuz fəaliyyət göstərən xarici hərbi qüvvələr bu ölkəni tərk etsin. ABŞ terrorizmlə mübarizə aparmağı bacarmır. İŞİD-din Xasakedə həbsxanıya hücumu bunu aşıq şəkildə sübut edir"- deyə Polyanski bildirib.
Amerikanlı hərbiçilərinin yerləşdiyi Suriyanın şimal-şərqində qanunsuzluq baş alıb gedir. Bu ərazilərdə xarici terrorçular at oynadır. "Bu rayonlarda hakimiyyətsizlik və zorakılıq hökm sürür. Məhz bu yerlərdə terrorçular özlərini buranın sahibi sayırlar"-deyə diplomat bildirib.
O, qeyd edib ki, amerikanların olduqları yerlərin hamısında eyni vəziyyəti müşahidə etmək olar.
Rüstəm Hacıyev
Digər Xəbərlər
26 Sentyabr 2026 20:00
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
26 Sentyabr 2026 17:34
"İran nüvə silahına sahib ola bilməz" - Tramp
26 Sentyabr 2026 16:00
"İran rəhbərliyinin bir neçə gündə devriləcəyini hesab edirdilər" - Pezeşkian
26 Sentyabr 2026 14:00


Bakı -°C

