Rusiya və Qazaxıstan axtarışda olan bu şəxsləri Azərbaycana verdi
Beynəlxalq axtarışa verilmiş daha 2 şəxs ölkəmizə ekstradisiya edilib.
Adalet.az xəbər verir ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları Əliyev Rauf Rüstəm oğlu və Əhmədov Natiq İntiqam oğlunun ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatətlər müvafiq olaraq Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının Baş Prokurorluqları tərəfindən təmin edilib.
Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işləri üzrə Əliyev Rauf Rüstəm oğlunun xeyli miqdarda ziyan vurmaqla dələduzluq, Əhmədov Natiq İntiqam oğlunun isə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bu səbəbdən hər iki şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul olunub və onların istintaqdan yayınaraq gizləndiklərinə görə beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rauf Əliyev Rusiya Federasiyasının, Natiq Əhmədov isə Qazaxıstan Respublikasının ərazisində saxlanılıb.
Hər iki şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətirilib.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

