adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Dekabr 2017 13:07
18367
MARAQLI

Rusiya kosmosda otel açır

Rusiyanın FederalKosmik Agentliyi (Roscosmos) Beynəlxalq Kosmik Bazasında (UUİ) lüks bir otelinşa etməyi planlaşdırır.

Adalet.az xəbər verir ki, "Mechanics” jurnalı bubarədə xəbər dərc edib. Xəbərdə orbitdəyerləşdiriləcək bu lüks oteldə qalanların minlərlə kilometr uzaqlıqdan Yerkürəsinin mənzərəsinə baxa biləcəyi qeyd olunub.


Wi-Fi, Xüsusi tualet...

Oteldə qalanlar üçün xüsusi kabinələr, Yer kürəsinə baxan mənzərəli böyükpəncərələr, xüsusi tualet və məşq ləvazimatları ilə yanaşı, Wi-Fi xidməti dəolacaq. 20 ton ağırlığında, 15.5 metr uzunluğunda olması planlaşdırılan oteldə4 ədəd yatağın olacağı qeyd olunur.

Kosmosa səfəretmək istəyən müştəriləri isə bir kosmonavt müşayiət edəcək.


Adam başı 40 milyon

Oteldə 1-2 həftəlik qalmaq üçün isə adam başı 40 milyon dollar ödənişinistəniləcəyi bildirilir.

Burada bir ayqalmaq istəyənlər isə əlavə olaraq 20 milyon dollar ödəməli olacaqlar. Otelin inşasının mayadəyərinin 446 milyon dollara başa gələcəyi qeyd olunub.

P.S. - Ora gedəndə mütləq kəbin kağızınızı da götürərsiniz.