adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Avqust 2015 15:13
3742
ƏDƏBİYYAT

Rusiya kitabxanasında nadir türk kitabları tapılıb

Rusiya Dövlət KitabxanasıŞərq Mədəniyyətləri Mərkəzindəki Türkiyə bölməsində Osmanlı dönəminin nadirkitabları üzə çıxıb. Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1828-ciildən açılmış bölmədə hazırda 15 min kitab, 17 min 500 dərgi və qəzet arxivivar.

Nadirkitablardan biri 1729-cu ildə İbrahim Müteferrika tərəfindən sadəcə 1 ədəd çapolunmuş kitabdır. Bu, İsmayıl əl Cəvhərinin X əsrdə yazdığı kitabdır. XVI əsrdəisə həmin kitabın Müdərris Məhməd əl Vani tərəfindən türkcəyə çevrilmiş "Kitab-iLügat-i Vankulu”  adlı variantı damövcuddur.

Kitabxanadakıdigər nadir kitab isə ilk şəkilli müsəlman kitabı kimi tanınmış Əmir Muhəmməd əlMəsudinin yazdığı "Tarix-i Hind-i Qərbi” kitabıdır. İslamda yasaq göstərilməsinərəğmən müxtəlif insan və heyvan şəkilləri ilə bəzədilmiş kitabın o dönəmdə necəçap olunduğu hələ də sirr olaraq qalır.

Kitablar vaxtiləRusiya Çarlığına hədiyyə edilib.