Rusiya Dövlət Dumasının sədri Azərbaycana gəlib - YENİLƏNİB
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Adalet.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Vyaçeslav Volodini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.
***
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu gün Azərbaycana rəsmi səfər edəcək.
Adalet.az xəbər verir ki, Vyaçeslav Volodin Azərbaycan Parlamentinin sədri Sahibə Qafarova ilə görüşəcək.
Bundan əvvəl Qafarova ilə telefon danışığında Volodin Bakıya sentyabrın ortalarına planlaşdırılan səfəri barədə məlumat vermişdir. Səfərin əsas məqsədi Rusiya-Azərbaycan münasibətlərinin cari gündəliyinin bütün məsələləri üzrə fikir mübadiləsi aparmaqdır.
Dövlət Dumasının sədri sonuncu dəfə 2018-ci il iyunun 24-25-də Azərbaycanda rəsmi səfərdə olub.
Digər Xəbərlər
26 Sentyabr 2026 12:39
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 11 sənəd mübadilə edilib - YENİLƏNİB
26 Sentyabr 2026 11:38
Şahin Mustafayev Novakla müzakirə apardı
26 Sentyabr 2026 11:24
"Hazırda təhsil sahəsində çox iş görülür" - Prezident
26 Sentyabr 2026 11:02
"Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir" - Prezident
26 Sentyabr 2026 10:50
"Azərbaycanda qazlaşdırma səviyyəsi 96 %-dir" - Prezident
26 Sentyabr 2026 10:11
Nazir bunu BMT kürsüsündən bəyan etdi
26 Sentyabr 2026 10:09
İlham Əliyev beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + VİDEO
26 Sentyabr 2026 10:04


Bakı -°C

