Rusiya BMT TŞ-nın iclasını tələb edir

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyancki, Avropa ölkələrinin Ukrayna müaqişəsinin həll olunmasına maneçilik törətmələri ilə əlaqədar olaraq, Təhlükəsizlik Şurasının iclasının çağrılmasını tələb edib.
Bildiririk ki, avropa ölkələrinin təşəbbüsüylə mayın 29-da Ukraynaya humanitar yardım göstərilməsiylə bağlı iclas keçirilməsi planlaşdırılıb.
"Biz buna cavab olaraq, öz növbəmizdə avropa dövlətlərinin beynəlxalq sülhə və təhlükəsizliyə mane olduqlarını diqqətə çatdırmaq istəyirik"- deyə rusiyalı diplomat bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da, "Ukraynanın cinayətlərində"(?) avropa ölkələrinin də payı olduğunu bəyan edib.
Rüstəm Hacıyev