28 May 2025 12:42
567
DÜNYA

"Tariximiz deyir ki, “məni təkrarlama” və biz bu mesajı anladıq"-Paşinyan

"Tariximiz deyir ki, “məni təkrarlama” və biz bu mesajı anladıq"


Adalet.az xəbər verir ki, bu fikri Ermənistan Baş naziri Nikol Paşinyan deyib:"Ölkəmizin uzunmüddətli yol yoldaşları sülh və təhlükəsizlikdir. Müharibə yox, məhz sülh olacaq,” – deyə Paşinyan bildirib.
Qeyd edək ki, 1813-28-ci illərdə Qafqaza məhz Rusiya imperiyasının iradəsi ilə köçürülən ermənilərrin ətrafindakı bütün qonşu ölkələrə qarşı ərazi iddiası olub və hazırda var. Azərbaycana, Gürcüstana Rusiya, Türkiyə və İrana da torpaqla bağlı iddiaları mövcuddur. Amma hazırda ancaq Qarabağı, Naxçıvanı, Gəncə ətrafını öz "qədim dədə-baba" torpaqları hesab edən ermənilər Gürcüstandan böyük bir əyaləti: Cavaxetiyanı, Türkiyədən Anadolunu, Ərzurum, Qars, Ağrı dağı istəyini hər zaman aktiv saxlayır. Rusiya da sən demə, ermənilərin "qədim" torpağını zəbt edibmiş. Məsələn, erməni müəllif Qalust Qriqoryan bildirir ki, hazırda Rusiya aşkar təcrid olunub və rus ordusu ən zəif dövrünü yaşayır. İndiki məqamda vaxtilə çar Rusiyası və ya SSRİ tərəfindən Rusiyaya birləşdirilən torpaqların iddiasını qaldırmaq vaxtıdır. Erməni müəllif yazır ki, proseslərin inkişafı Rusiya üçün bir kabusa çevrilə bilər.

Və əsl məqsədini də bunun ardınca ortaya sürür. Onun fikrincə, bu hal baş verərsə, ermənilər Krasnodar vilayətinin şərqində 200 minlik böyük şəhər olan Armaviri “unutmamalıdırlar”: “Armaviri 1839-cu ildə Rusiya ilə vuruşan çərkəzlərin arasındakı “Çərkəz erməniləri” salıb. Şəhər Böyük Ermənistanın qədim paytaxtının adını daşıyırdı. Həmçinin digər böyük erməni şəhəri indiki Rostov-na-Donun ən böyük rayonlarından biri olan Naxçıvan-na-Donudur. 1928-ci ilə qədər Nor-Naxçıvan ayrıca erməni yaşayış məntəqəsi idi”.
İrana qarşı torpaq tələbi isə ağlasığmaz bir prosesdir. Onlar iddia edir ki, Urmiya gölü "Böyük" Tiqranın vaxtında "Böyük Ermənistan"ın ərazisinə daxil olub. Bu, tarixi baxımdan cəfəngiyyatdır. Amma ermənilər çoxdan bu cəfəngiyyatı tarixi fakt kimi qəbul edərək , hücum üçün hər zaman fürsət axtarırlar.

Əntiqə Rəşid