adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
23 May 2022 12:58
417
DÜNYA

Rusiya Azov dənizini də işğal edir

Rusiya prezidenyinin Krimdakı rəsmi nümayəndəsi, Krım hökumətinin baş nazirinin  müavini Georgi Muradov, Mariopolun Rudiya ordusu tərəfindən  işğal olunmasından sonra, Azov dənizinin statusunun dəyişdirildiyi barədə məlumat verib.   

Muradovun sözlərinə görə, bundan sonra Azov dənizi Rusiya və qondatma "DXR"-in birgə istifadəsinə verilir və Ukraynanın bu dənizə çıxışı bağlanır.
  
"DXR-nın (qondarma) apardığı hərbi əməliyyatlar nəticəsində Mariopolu Ukrayna millətçilərindən azad edilməsindən ( əslində işğalından) sonra, Azov dənizinə çıxış əldə etmişdir. Yəni bundan sonra Azov dənizi Rusiya və (qondarma) DXR-in birgə istifadəsinə verilir"- deyə Putinin Krım üzrə nəsmi nümayəndəsi bildirib.
  
Muradov əslində Mariopolun rus hərbi qüvvələri tərəfindən deyil, guya qondarma Donetsk xalq respublikasının "hərbiçiləri" tərəfindən işğal olunmasını önə çəkməklə Rusiyanın bu işğalda rolunu danmağa çalışır. Lakin "unudur" ki, Rusiya müdafiə nazirliyinin gündəlik məlumatlarında bu bölgədə məhz Rusiya hərbi bölmələrinin döyüşdüyü barədə məlumatlar verilir.
  
ABŞ -ın əlinə yeni kozır verildi. Artıq tezliklə bütün ölkələrin gəmilərinə Azov dənizinə daxil olmamaq barədə yeni sanksitalar paketi hazırlamağa başlayarlar... 
  
 Rüstəm Hacıyev