Rus diplomat Londondan qovuldu
Böyük Britaniya hökuməti Londondakı Rusiya səfirliyinin əməkdaşının diplomatik akkreditasiyasını ləğv edib.
Adalet.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
Bu qərar Rusiyanın 15 yanvarda elan etdiyi Britaniya diplomatının Moskvadan qovulmasına cavab olaraq qəbul edilib.
Həmçinin vurğulanıb ki, Rusiyanın bundan sonrakı addımları eskalasiya kimi qiymətləndiriləcək və müvafiq cavab alacaq.
Moskva daha əvvəl Britaniya kəşfiyyat xidmətləri ilə əlaqəsi olduğu aşkarlanan Britaniya səfirliyinin əməkdaşının ölkədən çıxarıldığını elan etmişdi. Ona iki həftə ərzində ölkəni tərk etmək əmri verilib. Moskva Londonun hər hansı əks-tədbirinə qarşılıq verəcəyi barədə xəbərdarlıq edib.
Digər Xəbərlər
03 Aprel 2026 16:51
İran rejimi məhv olanadək müharibə davam edəcək - Netanyahu
03 Aprel 2026 16:50
"Hörmüz boğazını asanlıqla aça bilərik"
03 Aprel 2026 16:31
Yaponiya tankeri də Hörmüz boğazını keçdi
03 Aprel 2026 10:30


Bakı -°C

