adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Oktyabr 2018 14:14
7355
GÜNDƏM

Rus dili müzakirəsi səngimir

Azərbaycanda hər zaman bütün dillərə, o cümlədən,rus dilinə hörmət,ehtiram olub. Dil öyrənmək, çox dil bilmək məsələsindəheç kim heç kiməmüdaxilə etməyib, qarşısını almayıb, əksinə, bunun üçün hər cür şəraityaradılıb.

Azərbaycanda bugün müxtəlif dillərdə tədris prosesi keçirən ortaümumtəhsil və ali təhsil müəssisələri var. Ancaq şəxsən mən də hesab edirəm ki,Azərbaycanda baza təhsili, baza tədrisi mütləq Azərbaycan dilində olmalıdır,gələcəyimiz olan indiki nəsil məhz ana dilində təhsil almalıdır.

Bunu açıqlamasında şair, millət vəkili Tahir Rzayev deyib.

O bildirib ki, ana dili, dövlətdili müqəddəsdir, onu nə iləsəəvəzləmək, eyniləşdirmək olmaz.

Millət vəkilinin bildirdiyinə görə, bu dilə xor baxmaq, bu dildə danışmağıözünə yaraşdırmamaq heç cür qəbuledilən və yolverilənhal deyil:

"Hər bir millət, hər bir toplumöz dilini mükəmməl şəkildə öyrənməlivə bilməlidir. Öz dilini bilmədən, öz dilini sevmədən,başqa dili də sevəbilməzsən, səmimi olmazsan. Məsəl var, əvvəl evin içi, sonra çölü. Odur ki,bizdə də dədə-babadan qalma bu prinsip daim gözlənilməli və ona əməledilməlidir.

Azərbaycanda ana dilinədövlət, ölkə rəhbərliyi səviyyəsində necəböyük önəm verildiyi və diqqət göstərildiyi hər kəsə yaxşı məlumdur. Ona görəana dilində danışmalı, onu mənimsəməli və təbliğ etməliyik. Bunun da yolutəhsildən, tədrisdən, uşaq bağçasından və orta məktəbdən keçir.

Valideynləri növladlarının rus dilində təhsil almalarını istəməsinianlayışla qarşılayırıq. Buna müdaxilə edilə bilməz. Amma bu məsələdə ifratavarmaq, əndazəni aşmaqolmaz. Bu, bəhsləşməyin yeri deyil.

Valideynlərimiz, insanlarımızöz dilimizinkeşikçisi və qayğıkeşiolmalıdırlar və bu baxımdan, deputat həmkarım Gövhər Baxşəliyevanın fikirlərini yanlışsəmtə yozmaq düzgün deyil.

Onun səsləndirdiyi fikirləri qəbul edirəm və hesab edirəm ki, Azərbaycandatəhsil ana dilimizdə aparılmalıdır. Başqa dillərdə danışmaq, başqa dillərimənimsəmək hər kəs üçün sərbəstdir, azaddır. Buna müdaxilədən söhbət gedəbilməz və getməməlidir”.