Ruhani: “Trampın “İncil”ə əl uzatması utancvericidir”
"Küçələrdə nümayişlər keçirərək, etirazlarını bildirən ABŞ xalqının hisslərini bölüşürük”.
"HaberGlobal”ın məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani deyib.
"ABŞ-da Ağ Evin düşüncələrini rədd edən qaradərililərə və xalqa böyük zülm edildiyini görürük”, - deyəH.Ruhani bildirib.
ABŞ Prezidenti Donald Trampın Ağ Evdə etirazçıları təhdid etdikdən sonra əlində "İncil”lə kilsəyə getməsini xatırladan H.Ruhani qeyd edib:
"ABŞ prezidentinin ölkə vətəndaşlarına qarşı törədilən cinayətlərdən sonra "İncil”ə əl uzatması utancvericidir”.
Digər Xəbərlər
06 May 2024 10:06
Türkiyə XİN: “İsrail və İran arasındakı gərginlik müharibənin xəbərçisi olacaq”
06 May 2024 09:59İsrail ordusu Rəfahda əməliyyata başladı
06 May 2024 09:52"Makron mağara rusofobudur"
06 May 2024 09:18Moskva Zelenskini axtarışa verdi...?
06 May 2024 09:15