Ruhani: ABŞ-ın İran neftinin satışını sıfıra endirməsinə icazə verməyəcəyik
ABŞ-ın İran neftinin satışını sıfıra endirməsinə icazə verməyəcəyik.
Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani nümunəvi işçilərin 30-cu konfransında deyib.
H.Ruhaninin sözlərinə görə, ABŞ-ın sanksiyalarda ilk məqsədi İranın valyuta ehtiyatını azaltmaqdır:
"İranın xarici valyuta gəlirinin böyük bir mənbəyi neft, qaz kondensatları və neft və qaz istehsalı ilə əlaqədar bəzi məhsulların satışına bağlıdır”.
İran Prezidenti əlavə edib ki, sanksiyalar cəmiyyətin orta və aşağı kütlələrinə birbaşa təzyiq göstərir.
ABŞ 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. Birləşmiş Ştatlar İrandan neft satın alan 8 ölkəyə 6 aylıq güzəşt nəzərdə tutub. ABŞ mayın 2-də bitəcək müddətin uzadılmayacağını elan edib.
Digər Xəbərlər
04 May 2024 21:30
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 10:00Estoniya parlamentində qalmaqal: Deputat cinsi təcavüzdə ittiham olunur
04 May 2024 09:19Borreldən etiraf: “ABŞ hegemon statusunu itirib”
04 May 2024 09:10Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi
03 May 2024 22:37