adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Iyul 2014 17:18
9981
ƏDƏBİYYAT

Rövşən Abdullaoğlunun kitabı Türkiyə çap olundu

Yazar Rövşən Abdullaoğlununmotivasiya psixologiyası silsiləsindən olan "Arxadakı Körpüləri Yandırın”kitabı Türkiyədə nəşr olundu. "Arxadakı körpüləri yandırın” kitabı yazarın busilsilədən olan ilk kitabı deyildir. Yazar müxtəlif səpkilərdə yazılmış 7 müstəqil,9 tərcümə və şərh, 2 sırf tərcümə olmaqla 18 kitab müəllifidir. Onun kitablarıarasında "motivasiya psixologiyası” silsiləsi özünə xas yer tutut. Bildiyimizkimi bu sahə günümüzdə çox aktualdır. Belə ki, psixoloji bilgilər si­ya­sət­dəntutmuş körpə uşaqlarla əla­qədar psixoloji və dav­ranış mə­sələlərinin həllinintapılmasına kimi bir çox sahələrdə geniş is­ti­fadə olunur. "Arxadakı körpüləriyandırın” kitabı motivasiya psixologiyası silsiləsindəndir. Ölkəmizdə bukitabın uğurunu nəzərə alsaq, Türkiyədə də eynilə uğur qazanacağını düşünürük.Kitabda insanın fərdi və ictimai həyatında inkişafına səbəb olacaq bir çoxmühüm qaydalar öz əksini tapmışdır. Hər bir mövzu real insan həyatından bədiifraqmentlərlə zəngindir. Məhz bu səbəbdən elə ilk səhifəsindən insanı özünə cəlbedir. Dahi şəxslərin, alimlərin, uğur qazanmış insanların ibrətli həyat hekayətləri,məşhur psixoterapevtlərin araşdırmalarının nəticələri ilə zəngin olan bu kitabbəzi oxucuların təbiri ilə desək "yerə yıxılmış istənilən şəxsi ayağaqaldırmağa ona inam verməyə qadirdir”. Kitabın üstün cəhətləri haqda çox sözlərdemək olar. Kitabın üstünlükləri arasında onun qələmə alındığı qeyri-adi üslub,yazarın hər bir mövzuya fərqli yanaşma metodunuda göstərmək olar. Həmçininyazarın qələmə aldığı psixoloji kitablarda izlədiyi özünə xas olan şərq və qərbtəfəkkürünün sintezli baxışı da kitaba qəribə ab-hava verir. "Arxadakı körpüləriyandırın” kitabı Türkiyədə çap olunmuş ilk kitabdır lakin son kitab deyildir.Hazırda digər kitablar üzərində də iş gedir. Ardıcıllıqla yazarın bütünkitablarının Türkiyədə nəşri planlaşdırılır.