"Koronavirus dövründə insanlar kütləvi şəkildə MAXE olmağa üz tutdular" - Deputat
"Hesab etmirəm ki, 6 ay müddətinə salınma stabilliyinin qorunmasına xidmət edəcək. Əksinə, mən düşünürəm ki, bu müddətlərə yenidən baxılmasına ehtiyac var".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
"Birinci növbədə, müddətdən artıq hərbi xidmətə çağırılan hər bir şəxs üçün təlimlərin keçirilməsi ən azı 3 ay davam edir. Bu 3 ayı xidmət etdikdən sonra artıq onun təxris olunmaq hüququ yaranır. Ona verilən 3 ay təhsil, hazırlıq qabiliyyəti və digər məsələlər tamam kənarda qalır. Əgər həmin şəxs başqa bir yerdə müvafiq iş tapırsa və qarşısında hər hansı öhdəlik yoxdursa, daha artıq əməkhaqqı olan sahəyə üz tutacaq. Biz bunu koronavirus dövründə gördük. Həmin dövrdə bəzi iş yerləri bağlandıqdan sonra insanlar kütləvi şəkildə müddətdən artıq hərbi xidmətə üz tutdular, çünki orada əməkhaqqı verilir və iş yeri var. Bir müddət keçəndən sonra iş yerləri açıldıqda, ərizə yazaraq xidmətdən çıxdılar və onların hazırlanmasına çəkilən zəhmət kənarda qaldı.
Dövlət hər bir belə şəxs üçün həm qış, həm də yay forması tikdirir. Bu, ayaqqabısından tutmuş geyiminə qədər bir neçə min manata başa gəlir. Daxili nizamnamədə göstərilir ki, hər bir yeni gələn hərbi qulluqçu müvafiq forma ilə təmin olunmalıdır. İstifadə olunmuş formanı digərinə vermək mümkün deyil. Dövlət həmin şəxsin ölçülərinə uyğun həm qış, həm də yay forması tikdirir. Şəxs 3 ay xidmət göstərir, 6 ay tamam olur, formaları təhvil verir və xidmətdən ayrılır. Nəticədə bütün bu xərclər dövlətin üzərində qalır. Bunların hamısı nəzərə alınmalıdır. Ona görə də müddətin 6 aya endirilməsi məsələsinə bir daha baxılmalı, bu məsələri diqqətdə saxlamaq lazımdır".
Digər Xəbərlər
20 Fevral 2026 14:06
Qadın hərbçilər üçün MAXE müddəti azaldılır
20 Fevral 2026 13:27
Azərbaycanda elektron siqaretlərlə bağlı yeni cərimələr
20 Fevral 2026 12:21
"Yeniyetmələri repetitorlara məhkum etməyin nəticələrini təhlil etməliyik" - Deputat
20 Fevral 2026 12:06
Ermənipərəst senatordan Vaşinqtondakı təxribatçılara dəstək - Sifarişçiləri bəlli oldu - VİDEO
20 Fevral 2026 11:58
Bu əmələ görə 2500 manatadək cərimə müəyyənləşir
20 Fevral 2026 10:24
9 nəfər Almaniyadan Azərbaycana geri qəbul edildi
20 Fevral 2026 10:00
"Bakıda "Formula 1" keçiriləcəyi məkan dəyişə bilər" - Emin Ağalarov
20 Fevral 2026 08:11


Bakı -°C

