Rövşən Rzayev İctimai Şuranın iclasını keçirdi - Bu məsələlər müzakirə edildi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın 2026-cı ildə ilk geniş tərkibli iclası keçirilib.
Adalet.az xəbər verir ki, İclasda Şuranın ötən il seçilmiş tərkibdə gördüyü işlərin nəticələri, Böyük Qayıdışın səmərəli təşkilində iştirakı və qarşıda duran vəzifələr müzakirə edilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi prosesi 2026-cı ildə özünün ən dinamik mərhələsinə qədəm qoyub. Bildirilib ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində artıq on minlərlə soydaşımız öz ata-baba yurdlarında daimi məskunlaşdırılması təmin edilib.
Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş şəhər və kəndlərə səfərləri, tikinti-quruculuq işlərini şəxsi nəzarətdə saxlamaları qayıdış prosesinin sürətini və keyfiyyətini təmin edən əsas amil kimi dəyərləndirilib. Bu diqqətin qayıtmağa hazırlaşan və artıq məskunlaşan vətəndaşlarda dərin minnətdarlıq və böyük ruh yüksəkliyi yaratdığı xüsusi qeyd edilib.
Böyük Qayıdışın səmərəliliyinin təmin edilməsində ictimai iştirakçılığın artırılması məsələsi iclasda əsas mövzulardan biri olub. Müzakirələr zamanı 2026-cı il üçün aşağıdakı prioritet istiqamətlər müəyyən edilib:
- Şura üzvlərinin həm müvəqqəti məskunlaşma yerlərində, həm də artıq bərpa edilmiş ərazilərdə sakinlərlə mütəmadi görüşlərinin keçirilməsi;
- Prosesin şəffaflığını təmin etmək məqsədilə müasir informasiya-kommunikasiya vasitələrindən və innovativ platformalardan geniş istifadə edilməsi;
- Qayıdan əhalinin iqtisadi fəallığının artırılması və sosial adaptasiyası üçün təkliflərin hazırlanması.
İclasda iştirak edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev səmərəli və obyektiv fəaliyyətlərinə görə Şura üzvlərinə təşəkkür edib. Komitə sədri bildirib ki, ictimaiyyət nümayəndələrinin rəy və təklifləri dövlət qurumları tərəfindən yüksək qiymətləndirilir və qərarların qəbulu zamanı nəzərə alınır. Vurğulanıb ki, 2026-cı il ərzində daha çox keçmiş məcburi köçkün ailəsinin işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi planlaşdırılır və bu müqəddəs missiyada dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığı həlledici əhəmiyyət kəsb edir.
Komitə sədri Şura üzvlərinin rəy və təkliflərini dinləyib, onların suallarını cavablandırıb.
Digər Xəbərlər
17 Fevral 2026 11:14
Ramazan ayının təqvimi açıqlandı - CƏDVƏL
17 Fevral 2026 11:07
Bu yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
17 Fevral 2026 11:04
Azərbaycanda elektron siqaret satanlar 5 min manat cərimə olunacaq
17 Fevral 2026 10:35
Eldar Əzizov müşavirə keçirdi - 3 rayonda sanitar təmizlik vəziyyətini sərt tənqid etdi
17 Fevral 2026 09:51
Baş nazirdən mülkiyyət hüquqların dövlət qeydiyyatı ilə bağlı qərar
17 Fevral 2026 09:17
DYP-dən yük avtomobili sürücülərinə çağırış - VİDEO
17 Fevral 2026 09:12
Ağdama növbəti köç karvanı yola salınıb
16 Fevral 2026 18:04


Bakı -°C

