Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib.
Adalet.az xəbər verir ki, Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə 2025-ci il ərzində görülmüş işlər, o cümlədən həyata keçirilən korrupsiya ilə mübarizə tədbirlərinin əsas istiqamətləri barədə məlumat verib. Eyni zamanda, qanunvericiliyə edilmiş dəyişikliklərin qısa mahiyyəti və onların ictimai münasibətlərə təsiri iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Komissiya sədri bildirib ki, 2025-ci il ərzində korrupsiya risklərinin idarə edilməsinə dair yeni mexanizm qanunvericilikdə təsbit edilib, korrupsiya barədə məlumat verən şəxslərin hüquqlarının müdafiəsi istiqamətində müvafiq normalar qanunvericiliyə əlavə olunub. Həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin korrupsiya ilə mübarizə fəaliyyətində iştirakçılıqları təmin olunmaqla qeyri-hökumət təşkilatlarının nümayəndələri və müstəqil ekspertlər işçi qrupların fəaliyyətinə cəlb ediliblər.
Bununla yanaşı, 2025-cü il ərzində korrupsiya ilə mübarizə sahəsində dövlət proqramlarının qiymətləndirilməsi üzrə nəticəəsaslı monitorinq mexanizminin əsasları müəyyənləşdirilib. Belə ki, keçən dövr ərzində Komissiyanın Katibliyi tərəfindən vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə "Korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın monitorinqi və qiymətləndirilməsi Metodologiyası" hazırlanıb. Bu mexanizm korrupsiya ilə mübarizə tədbirlərinin dəqiq meyarlar əsasında qiymətləndirilməsinə şərait yaradacaq.
İclasda korrupsiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri də müzakirə edilib. Bu əməkdaşlıq çərçivəsində Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) 5-ci dəyərləndirmə raundu çərçivəsində Azərbaycan Respublikası üzrə verdiyi tövsiyələrin icra vəziyyətinə dair qəbul edilmiş hesabatların nəticələri də müzakirə olunub. Bu istiqamətdə görülmüş işlər qənaətbəxş hesab olunaraq tövsiyələrin icrası ilə bağlı tədbirlərin davam etdirilməsi qərara alınıb.
Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşəbbüslərdə iştirakı, korrupsiya ilə mübarizədə vəkilliyin rolu və bu istiqamətdə aparılan son islahatlar barədə məruzələr dinlənilib. Eləcə də, şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib.
Həmçinin Komissiyanın Katibliyi tərəfindən hazırlanmış korrupsiya risklərinin idarə edilməsi qaydalarının layihəsi məqsədəmüvafiq hesab olunub, növbəti dövr üçün iş planı təsdiqlənib.
Digər Xəbərlər
11 Mart 2026 17:58
Əli Əsədov daha bir qərar imzaladı
11 Mart 2026 16:21
Diplomatik xidmətə qəbul üzrə müsabiqənin qaydaları təsdiqləndi
11 Mart 2026 14:36
AQTA: Gələcəkdə bütün xidmətlər vahid elektron platforma ilə göstəriləcək
11 Mart 2026 13:38
“Vətən qoruyucuları” cildində üzərimə hücum çəkiblər! - Elxan Şükürlü yazır
11 Mart 2026 13:32
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - QƏRAR
11 Mart 2026 12:25
"Kənddə 12 sot torpağım var, onu buradan idarə edirəm" - Komitə sədri
11 Mart 2026 11:31
“AzerGold” QSC-də “Tərəqqi” medalına layiq görülmüş əməkdaşlarla görüş keçirilib
11 Mart 2026 09:36


Bakı -°C

