adalet.az header logo
  • Bakı -°C
17 Fevral 2026 11:02
72
DÜNYA
A- A+

Rusiyalı səfir Kanadanı aşağıladı

Kanadanın,   biznes sahələrinə Rusiya ilə hər hansı bir formada əlaqələrin qurulmasına qadağa qoyduqdan   sonra, 
Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov bəyan edib ki, Kanada Rusiyaya  nə Arktikada, nə də ümumiyyətlə dünyada  hər hansı bir təhlükə yarada bilməz.

"Ayrıca götürülmüş ağcaqayın yarpağı - kağızdan düzəlmə ağ ayıya oxşayan bir ölkə, həmişə ABŞ-ın hərbi mexanizminin bir parçası olub və həmişə də belə olacaq. Güc baxımından özünün heç bir potensialı yoxdur"- deyə səfir bildirib. 

Bundan başqa "özündənrazı" səfir qeyd edib ki, Kanadanın ümumiyyətlə nə insani,  nə də texniki infrastrukturları yetəri qədər deyil. 

 Rusiyalı diplomat daha  sonra, Kanadanı hədələməkdən də çəkinməyərək bildirib ki, Kanada buna görə həm praktiki, həm də siyasi cavabını  alacaqdır. "Bunun üçün Rusiyanın həm Ottavaya, həm də onun tərəfdaşlarına təsir  etmək imkanları çox genişdir". Səfir əlavə edib ki, Rusiyanın verdiyi  cavablar Kanada üçün "sürpriz" olacaq.

 Rüstəm Hacıyev