Ronaldo reklamdan 200 milyon dollar qazanacaq
İtaliyanın "Yuventus" klubunun hücumçusu Kristiano Ronaldonun "Nike" şirkəti ilə imzaladığı yeni müqavilənin detalları bəlli olub.
Adalet.az xəbər verir ki, "Football Leaks"-in yaydığı məlumata görə, Ronaldo bu əməkdaşlıqdan bonuslarla birlikdə 200 milyon avro qazanacaq.
Müqaviləyə əsasən, portuqaliyalı ulduzun təmiz gəliri 162 milyon avrodur. O, "Qızıl Top" üçün 4 milyon, "Yuventus" Çempionlar Liqasının qalibi olarsa 5 milyon, Çempionlar Liqasında "Qol kral"ı olarsa 1 milyon və s. bu kimi əlavə bonuslarla birlikdə ümumilikdə 200 milyon avro əldə edəcək.
Hazırda 11 sponsoru olan Ronaldo 20 müxtəlif markanın reklamına çəkilib. "İnstagram", "Facebook" və "Twitter"də 270 milyona yaxın izləyicisi olan Ronaldo "İnstagram"dakı hər paylaşımına görə 1 milyon dollar gəlir əldə edir.
Digər Xəbərlər
30 Aprel 2024 19:22
Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər
30 Aprel 2024 12:09