adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Fevral 2019 16:56
15037
İDMAN

Ronaldo haqda şok iddia

Kristiano Ronaldo yenidən klubunu dəyişir.

Adalet.az Fanat.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İddia olunur ki, yayda "Real"da "Yuventus"a 100 milyon avroya transfer olunan Ronaldo mövsümün sonunda Turin klubundan ayrılaraq "Mançester Yunayted"ə üz tutacaq.

Lakin "Yuventus" xəbəri dərhal təkzib edib. Klubun idman direktoru Fabia Paratisi canlı yayıma bağlanaraq Ronaldonun komandadan getməyəcəyini bildirib.

Qeyd edək ki, Ronaldo 2009-cu ildə "Mançester Yunayted"dən "Real"a 93 milyon avroya transfer olunub.