adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 May 2018 15:28
31012
ƏDƏBİYYAT

Romanlarındakı qorxunc hadisələri həyatında yaşayan yazıçı

Aqata Kristi - detektiv roman pərəstişkarlarının yaxından tanıdığı bir addır. Özündən geriyə tam 66 roman və 150 qısa hekayə buraxan məşhur yazıçının həyatı da eynən romanları qədər sirlidir…

Adalet.az Aqata Krsiti haqda bilinməyən məlumatları oxuculara təqdim edir.


Oxumağı 5 yaşında öz başına öyrəndi

AqataKristinin anası, qızının erkən oxumasını istəmirdi, baxmayaraq ki, özü dəədəbiyyatı çox sevirdi. Evdə atasından dərs alan Aqata, dərs fasilələrindəxeyli sıxılırdı və 5 yaşına çatmamış, oxumağı özü öyrəndi. Gələcəyin kitabqurdunun ayaq səsləri...


O, bir əczaçı idi

Əczaçılıqimtahanını keçən Aqata, I Dünya Müharibəsinin ardından xəstəxanaya bağlı birhospitalda çalışdı. Onun zəhərli qarşımlar haqqında çoxlu miqdarda bilgini açıqlayanmühüm bir məlumatdır! Kristinin zəhərlərə olan bağlılığı, Katrin Harkupunyazdığı A is for Arsenic: The Poisons og Aqata Kristi adlı bir kitaba da mövzuolmuşdur.

Yazarlığa şeirlə başladı

İlk çapedilən mətni şeirdi və o vaxt 11 yaşındaydı. Şeir Londondakı bir qəzetdəyayımlandı.

1926-cı Kristinin həyatında ən çətin illərdən biri oldu. Məhz bu ildə osirli şəkildə yoxa çıxmışdı, onun anası rəhmətə getmiş, qardaşı isənarkotiklərdən asılı vəziyyətə düşmüşdü. Bu zaman onun "Rocer Ekroydun qətli”romanı naşirlərin xoşuna gəlməmişdi. Bütün bunlardan sonra Aqata yoxa çıxır vəonu uzun müddət axtarırlar. Hətta onu tapmaq üçün digər bir britaniyalıdetektiv yazıçısı Artur Konan Doyla müraciət edirlər.


Bir müddətdən sonra Aqatanı kiçik bir sanatoriya şəhərciyindətapırlar. Burada o özünü Tereza Nil kimi təqdim edibmiş. Onun yaddaşı çox pisşəkildə pozulmuşdu: o ərini güclə xatırlayır, qızının adını isə ümumiyyətləxatırlamırdı. Öz doğma bacısını isə yalnızca bir neçə gündən sonra tanıyabilmişdi.

Kristinin sözlərinə görə, o uşaqlıqdan gəncliyinəqədər eyni yuxunu görürdü. O daim yuxuda əlləri qabar-qabar, üzü isə dəhşətliifadəyə malik bir insanı görürdü. Aqata onu Qatil insan adlandırırdı, lakin oyuxuda heç vaxt bir dənə də olsa qətl törətməmişdi.


İldə iki ya da üç kitab yazardı

Onun ən çox oxucuya ulaşanyazıçılardan biri olmasına təəccüblənməməli. Geriyə ondan 66 detektiv roman və14 hekayə qaldı.

Aqata Kristinin müəllifi olduğu əsərlər 2 milyarddan artıq nümunədə satılmış və dünyanın103 dilinə tərcümə edilmişdir. O BöyükBritaniyanın simvollarından birinə çevrilib. Onun əsərləri İncil və Şekspirin əsərlərindən sonra ən çox satılan əsərlər hesab olunur.


Dünyanın ən uzun müddətsəhnələnən oyunun yazarı da özüdür

Aqata Kristinin "Siçan Tələsi”adlı cinayət romanı əvvəlcə kiçik bir radio teatrı olaraq başladı, daha sonratarixin ən uzun müddətə səhnələnən tamaşasına çevrildi. Tamaşa, 2012-ci ildədodaq uçuqladan bir sayıya, 25 min performansa çatdı.


Həyatı boyu yüzdən çox dəftərtutdu

Davamli fikirlərini bir kənara not etdiyi və ətrafında eşitdiyi danışıqlarıyazdığı bilinirdi. Həyatı boyunca tutduğu deyilən 100-dən çox dəftərdən 73dənəsi zamana meydan oxudu və günümüzə qədər çatdı.


Romanlarını təkrar oxumaqdan çəkinməzdi

Çoxu yazar,bir dəfə çap edilkdən sonra öz yazdıqlarına göz atmağa belə dözə bilmədiklərinideyərlər sizə. Artıq iş işdən keçəndən sonra öz mətnlərinə tənqidi bir redaktorgözüylə baxmanın verdiyi acı böyükdür. Amma Kristi o yazıçılardan deyildi. Özromanlarını təkrar oxumasıyla bilinirdi. Ən sevdiyi romanı soruşulandaaralarında birini seçə bilməmək məsələsində digər yazıçılarla bənzərliyi olduğudeyilə bilər.