Roman Polanski Kinoakademiyanı məhkəməyə verir
Roman Polanski Amerika Kinoakademiyasını məhkəməyə vermək istəyir.
Adalet.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur rejissor kinoakademiyadan çıxarılmasını doğru hesab etmir.
Rejissor ona söz haqqı verilmədiyini bildirib. Polanskinin vəkili kinoakademiyanın iddiasını əsassız hesab edir. Günahkar bilinən şəxsin fikrini öyrənməmək, onu dinləməmək Kaliforniya qanunlarına ziddir.
"Biz sadəcə mövqeyimizi ifadə etmək istəyirik” – deyə vəkil əlavə edib.
Vəkil hesab edir ki, kinoakademiya məhkəməyə verilməli və məsələyə yenidən baxılmalıdır.
O, əlavə edib ki, Polanski kinoakademiyanın üzvlərini münafiq sayır. Çünki 2003-cü ildə "Pianist” filminə görə ona Oskar veriləndə hamısı ayağa durub əl çalmışdı. Halbuki həmin vaxt təcavüz ittihamı da vardı.
Xatırladaq ki, Roman Polanski bu yaxınlarda təcavüz ittihamı ilə Amerika Kinoakademiyasından kənarlaşdırılmışdı.
Digər Xəbərlər
27 Aprel 2024 16:23
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
26 Aprel 2024 17:33Aktrisa: “İnanclara inanmıram”
26 Aprel 2024 13:03“CineMastercard”da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO
26 Aprel 2024 10:52Ağdam Cümə məscidində ilk Azan oxundu - VİDEO
24 Aprel 2024 11:24