adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Fevral 2018 15:15
12926
DÜNYA

Roma papası Rusiyaya gəlir?

Rusiya ictimaiyyəti Roma katolik kilsəsinin rəhbəri Papa Fransiskin səfərinə hələ hazır deyil, ona görə də Roma Papasının Rusiya patriarxı Kirillə görüşü hələ mümkün deyil.

Bu barədə Rusiya katolik yepiskoplar konferensiyasının baş katibi İqor Kovalevskiy deyib.

O deyib: "Mənim öz şəxsi fikrim də belədir ki, hazırda Roma Papasınn Rusiyaya səfəri mümkün deyil. Belə ki, düşünürəm bizim cəmiyyət hələ bu səfərə hazır deyi. Nə üçün hadisələri qabqlayaq? Əlbəttə belə bir göüş Rusiya ictimaiyyətinin xeyrinə ola bilər, lakin düşünmürəm bu gün. Bizə dua etmək qalır".

Qeyd edək ki, Roma Papası Fransisklə Rusiya patriarxı Kirill arasında görüş 2 il öncə Havanda olub.